İstanbulda qadına 1794 il həbs cəzası verilib

26 Aprel 2024 15:09 (UTC+04:00)

Türkiyədə İstanbulun İstiqlal küçəsində 2022-ci il 13 noyabr tarixində törədilən terror aktı ilə bağlı məhkəmədən yekun qərar qəbul edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, PKK terror təşkilatının təlimatı ilə törədilən terror aktı nəticəsində 6 nəfər həyatını itirib, onlarla insan yaralanmışdı. Terror aktını törətməkdə təqsirləndirilən Əhlam Əlbəşir 7 dəfə ağırlaşdırılmış ömürlük həbsə, 1794 il həbs cəzasına məhkum edilib.