AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb

26 Aprel 2024 14:49 (UTC+04:00)

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb. SİA qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.

Xoşagəlməz hadisə Əvəzedicilər Liqasında XXXI turun “Zirə-2” – “Neftçi-2” oyununda baş verib.

52-ci dəqiqədə Ramin Abdullayev qonaq komandanın futbolçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. "Neftçi-2"nin heyətində isə eyni səbəbdən 75-ci dəqiqədə Fərid Səfərli, 78-ci dəqiqədə isə İbrahim Novruzov meydandan qovulublar.

Hər üç futbolçu 3 oyun cəzalanıb. "Zirə-2" 200 manat, “Neftçi-2” isə 400 manat cərimə ödəyəcək.