Model tələbə dəm qazının qurbanı oldu

26 Aprel 2024 12:23 (UTC+04:00)

Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. SİA-nın məlumatına görə, hadisə onun Moskva prospektində yaşadığı evdə baş verib.

2003-cü il təvəllüdlü tələbənin vəfatı ilə əlaqədar Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Kamilə Həsənovanın model kimi də fəaliyyət göstərdiyi bildirilir.

Qeyd edək ki, məlumatı ilk dəfə "qafqazinfo" saytı yayıb.