Füzulidə 3 otaqlı ev yanıb

26 Aprel 2024 11:05 (UTC+04:00)

Füzuli rayonunun Alxanlı kəndində ümumi sahəsi 42 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 24 m² sahədə yanıb. SİA FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.