Azərbaycan naşirlərinin I forumu keçirilir - YENİLƏNİR

26 Aprel 2024 09:54 (UTC+04:00)

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Azərbaycan Naşirlərinin I Forumu keçirilir. SİA xəbər verir ki, Azərbaycan Naşirlərinin I Forumunun ideya müəllifi ANAİB idarə heyətinin sədri Şəmil Sadiqdir.

Azərbaycan Naşirlərinin I Forumu Azərbaycanın müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlılığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhvə verəcək.