Yeşilçam ulduzu yol qəzası keçirdi

26 Aprel 2024 08:40 (UTC+04:00)

Amerikada qızı ilə yaşayan "Yeşilçam"ın aktrisası Ahu Tuğba Los-Ancelesdə yol qəzası keçirib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, xəstəxanaya aparılan Tuğbanın qabırğalarının qırıldığı və əməliyyatın 8 saatdan çox davam etdiyi öyrənilib.

Ahu Tuğbanın əməliyyatdan sonrakı vəziyyətinin stabil olduğu və müalicəsinin reanimasiyada davam etdiyi öyrənilib.