FHN metronun "Cəfər Cabbarlı" stansiyasında təlim keçirəcək

26 Aprel 2024 07:09 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Cəfər Cabbarlı” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 26 aprel 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək. Bu barədə SİA-ya Nazirlikdən məlumat verilib. Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.