Seneqalda ağır yol qəzasında 13 nəfər ölüb

26 Aprel 2024 03:53 (UTC+04:00)

Seneqalda avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi azı 13 nəfərin ölümü, 40 nəfərin isə yaralanması ilə nəticələnib. SİA xəbər verir ki, bu barədə Seneqal Mətbuat Agentliyinə təhlükəsizlik xidmətindəki mənbə bildirib. Onun məlumatına görə, avtobus yerli vaxtla aprelin 25-də 19:00 (Bakı vaxtı ilə 23:00) radələrində aşıb. Olay ölkənin mərkəzindəki Kungul yaşayış məntəqəsinin yaxınlığın baş verib.