Azərbaycanın FIFA referisi Fatih Terimin komandasının oyununa təyinat alıb

25 Aprel 2024 16:45 (UTC+04:00)

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək. SİA xəbər verir ki, o, aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçına təyinat alıb.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.