Azərbaycanın ilk ombudsmanı vəfat edib

25 Aprel 2024 14:13 (UTC+04:00)

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib. SİA-nın məlumatına görə, o, 87 yaşında dünyasını dəyişib. Hazırda mərhumla Təzə Pir məscidində vida mərasimi keçirilir.

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.