Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

25 Aprel 2024 13:47 (UTC+04:00)

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.