NYMEX əmtəə birjasında təbii qaz bahalaşıb

25 Aprel 2024 11:30 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, iyunda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,3% artaraq 1,976 ABŞ dolları təşkil edib.