Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

25 Aprel 2024 11:02 (UTC+04:00)

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb. SİA xəbər verir ki, o, halqalar üzrə proqramda buna müvəffəq olub.

Qeyd edək ki, yarış aprelin 28-də başa çatacaq.