“Neftqazmaş” ASC mənfəətini bölüşdürəcək

25 Aprel 2024 09:05 (UTC+04:00)

12 iyun 2024-cü il saat 17.00-da “Neftqazmaş” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. SİA xəbər verir ki, yığıncaqda səhmdar cəmiyyətinin idarəetmə orqanlarının 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı və mənfəətin bölüşdürülməsi məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, şirkətin səhmdarlarının illik ümumi yığıncağı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində keçiriləcək.