İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

25 Aprel 2024 08:07 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirdiyi hava əməliyyatında PKK-nın 6 terrorçusunu zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada terrorla mübarizənin effektiv və qətiyyətlə davam etdiriləcəyi də vurğulanıb.