Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

24 Aprel 2024 17:10 (UTC+04:00)

Azərbaycan avarçəkəni Əlimurad Hacızadə Türkiyənin Muğla şəhərində keçirilən “Bahar Kuboku” turnirində iki medal qazanıb. Federasiyadan SİA-ya verilən məlumata görə, birincilikdə Türkiyənin əksər şəhər və regionlarından 200 nəfərdən artıq idmançı mübarizə aparıb.

Əlimurad Hacızadə bir nəfərlik kayak qayığında 200 və 500 metr məsafələrə yürüşlərdə üçüncü yer tutub.