Atlar Londonun mərkəzini xaosa çevirdi

24 Aprel 2024 16:18 (UTC+04:00)

Londonda Bukingem Sarayının mühafizəsinə məxsus 5 at qaçaraq Londonun mərkəzini xaosa çevirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, atlar səhər məşqi zamanı hərbçilərin əlindən çıxaraq qaçıblar.

Atların qaçması ilə 5 nəfər yaralanıb. Yaralananlardan dördü xəstəxanaya yerləşdirilib. Atlardan biri London avtobusuna, digəri isə taksiyə çırpılıb.

Hadisədən sonra Bukingem Sarayı yolu bağlanıb.