Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

24 Aprel 2024 15:39 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb. SİA xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, səfər prezidentlərin təkbətək görüşü ilə davam edib. Daha sonra Rəcəb Tayyib Ərdoğan və Frank Valter-Ştaynmayerin başçılığı ilə nümayəndə heyətlərinin görüşü başlayacaq.

Qeyd edək ki, Almaniya Prezidenti aprelin 22-dən Türkiyədə səfərdədir.