Qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

24 Aprel 2024 10:04 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,09% azalaraq 2 339,9 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,13% artaraq 27,68 ABŞ dollarına bərabər olub.