“X” sosial şəbəkəsindəki yazılar ödənişli olacaq

23 Aprel 2024 23:36 (UTC+04:00)

“X”(köhnə twiter) sosial şəbəkəsinin sahibi İlon Mask bütün yeni istifadəçilərdən yazı dərc etmək imkanına görə ödəniş tələb etmək niyyətindədir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bəyənmələr və digər “tweet”lərə verilən cavablar da ödənişli olacaq.

İlon Mask bunun botların amansız hücumunu dayandırmağın yeganə yolu olduğuna inanır.

İlon daha sonra ödənişin yalnız yeni istifadəçilərə şamil ediləcəyini və müvəqqəti olacağını bildirib. Yeni istifadəçilər üç aydan sonra onlar pulsuz “tweet” ata biləcəklər.

Mask yeni istifadəçilərin yazılarına, bəyənmələrinə və şərhlərinə görə dəqiq nə qədər pul ödəməli olacağı barədə məlumat verməyib.