“Azərreyl” üstünlüyü yenidən ələ alıb

23 Aprel 2024 17:23 (UTC+04:00)

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulacaq. SİA xəbər verir ki, çempionata Yüksək Liqanın final matçı ilə yekun vurulur.

Həlledici qarşılaşmada “Azərreyl” və “Abşeron” üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən qarşılaşmada “Azərreyl” yenidən üstünlüyü ələ alıb.

“Azərreyl” - “Abşeron” - 2:1