Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulacaq. SİA xəbər verir ki, çempionata Yüksək Liqanın final matçı ilə yekun vurulacaq.
Həlledici qarşılaşmada “Azərreyl” və “Abşeron” üz-üzə gələcək. Son iki mövsümün çempionları Bakı İdman Sarayında qarşılaşacaqlar.
Qeyd edək ki, final görüşündən sonra mövsümün qaliblərinin mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.