Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb - FOTOLAR

23 Aprel 2024 14:53 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "X" hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərini, COP29-la əlaqədar məsələləri və münaqişədən sonrakı regional dinamikanı müzakirə ediblər.