Kafedən pul oğurlayan şəxs saxlanılıb

23 Aprel 2024 09:59 (UTC+04:00)

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.