Ferlan Mendi İngiltərə yolunda

22 Aprel 2024 22:54 (UTC+04:00)

"Arsenal" yay "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək niyyətindədir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, "topçular" "Real"ın müdafiəçisi Ferlan Mendi ilə yaxından maraqlanır. London klubunun rəhbərliyi fransalı oyunçu üçün rəsmi təklif hazırlayır. Onun "kral klubu" ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, futbolçu həm də "Liverpul" və "Mançester Yunayted"in hədəfindədir.