Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb

22 Aprel 2024 22:27 (UTC+04:00)

Aprelin 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirliyin Mətbuat xidməti idarəsindən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Çex Respublikasının xarici işlər naziri Yan Lipavski və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.