Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir - Rusiya Prezidenti

22 Aprel 2024 16:49 (UTC+04:00)

İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb. SİA xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və hökumətlərarası komissiyanın işi fəal şəkildə inkişaf edir”, - o bildirib.