Ağdərədə odlu silahlar tapılıb

22 Aprel 2024 15:45 (UTC+04:00)

İşğaldan azad edilən Ağdərə şəhərində odlu silahlar aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, polis əməkdaşları Ağdərə şəhəri ərazisindən 2 avtomat, 2 tapança, 15 müxtəlif patron darağı, 2 dəbilqə, 2 canqoruyucu, 1 süngü bıçaq və 534 ədəd patron aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.