Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi BBMM-ni ziyarət edib - YENİLƏNİR - FOTOLAR

22 Aprel 2024 13:25 (UTC+04:00)

Bu gün Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi prof.dr. Ahmet Emre Bilgili Bakı Beynəlxalq Maarif Məktəbini ziyarət edib. SİA xəbər verir ki, tədbirdə Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri və nümayəndələri, məktəbin müəllim və şagird heyəti, media nümayəndələri iştirak edirlər.

Əvvəlcə Ahmet Emre Bilgili məktəblilərin rəsm sərgisi ilə tanış olub. Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.

Qeyd edək ki, Azərbaycanda 2022-ci ildən fəaliyyətə başlayan Türkiyə Maarif Məktəblərinin 50 mindən çox şagirdi var.