Şamaxıda avtomobil piyadanı vurub

22 Aprel 2024 11:13 (UTC+04:00)

Şamaxıda avtomobil piyadanı vurub. SİA xəbər verir ki, hadisə nəticəsində Şamaxı sakini 1971-ci il təvəllüdlü Salmanova Yeganə Ağaməhəmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.