Pakistanın şimal-qərb sərhədində yerləşən Hayber Paxtunxva əyalətində silahlı şəxslərin həyata keçirdikləri hücumda 2 gömrük əməkdaşı həyatını itirib, 3 nəfər isə yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, polis hücuma görə məsuliyyəti hələ heç kimin üzərinə götürmədiyi barədə məlumat paylaşıb.
Aprelin 19-da Dera İsmayıl Xan bölgəsində naməlum şəxslərin silahlı hücumu nəticəsində 5 gömrük əməkdaşı da həyatını itirib.