Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz başa vurub

22 Aprel 2024 10:34 (UTC+04:00)

Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar Turnirinə yekun vurulub. SİA xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov yarışın son günündə - XIV turda hindistanlı Rameşbabu Praqnanandha ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan 28 yaşlı qrosmeyster rəqibinə uduzaraq, turniri qələbəsiz başa vurub. O, 3,5 xalla yekun sıralamada sonuncu - 8-ci yeri tutub.

İddiaçılar Turnirində kişilər arasında hindistanlı Dommaracu Qukeş, qadınlar arasında isə çinli Tan Çjunyi (hər ikisi 9 xal) qalib olub.