Bakıda nasaz avtomobil sıxlığa səbəb olub - FOTO

22 Aprel 2024 09:58 (UTC+04:00)

Bakıda nasaz avtomobil sıxlığa səbəb olub. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən SİA-ya verilən xəbərə görə, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Xutor" tunelində texniki nasaz avtomobilin yolda qalması səbəbindən Yasamal rayonu, Qələbə dairəsindən başlayaraq metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisi əməkdaşlarına məlumat verilib. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.