Serbiyadan partlamayan bombaya görə 1300 nəfər təxliyə edilib

22 Aprel 2024 07:15 (UTC+04:00)

Serbiyanın Niş şəhərində aşkar edilmiş partlamayan bombaya görə 1300 nəfər təxliyə edilib. SİA xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, 1 ton kütləsi olan bomba inşaat işləri zamanı aşkar edilib. Sursat təhlükəsiz şəkildə götürülərək məhv edilmək üçün poliqona aparılıb. Bomba 1999-cu ilin yazında NATO aviasiyası tərəfindən atılıb.