Meksikada zəlzələ baş verib

22 Aprel 2024 01:49 (UTC+04:00)

Meksika sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Mansanilo şəhərindən 168 kilometr cənubda, 10 kilometr dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.