Rusiyada altıgünlük iş həftəsi tətbiq edilir

22 Aprel 2024 02:20 (UTC+04:00)

Rusiya Federasiyasında 22-27 aprel tarixlərində altıgünlük iş həftəsi tətbiq edilir. SİA xəbər verir ki, buna səbəb may ayındakı çoxsaylı qeyri-iş günləridir. 27 aprel istirahət günü 29 aprelə keçiriləcək, 9-12 may tarixləri qeyri-iş günləri hesab ediləcək.