İsrailin İrana hücumu Rusiyanın S-300-ləri üçün biabırçılıqdır..?

22 Aprel 2024 01:28 (UTC+04:00)

...Bir gün əvvəl İsrail İrana cavab zərbəsi endirib. Amerikanın “The New York Times” qəzetinin məlumatına görə, hücumun hədəfi İsfahan əyalətinin Natanz şəhəri yaxınlığındakı hava bazası olub.

SİA-nın əldə etdiyi məlumata görə, orada İran hakimiyyəti öz nüvə proqramını inkişaf etdirir.

Qeyd edilir ki, İsrail hava bazasını hava hücumlarından qorumalı olan Rusiyanın S-300 hava hücumundan müdafiə sistemini sıradan çıxara bilib.

Yeri gəlmişkən, əvvəllər S-300-lər dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri hesab olunurdu. İran hakimiyyəti hərbi paradlarda S-300-ləri qürurla nümayiş etdirərək, hava hücumundan müdafiə sistemində Ayətullah Xameneinin portretini və sitatını asıbmış.

Bu arada BILD-in köşə yazarı Kristofer Bull yazır ki, İsrailin uğurlu hücumu Rusiya lideri Vladimir Putin üçün biabırçılıq olub.

...İsrailin S-300-ləri dəqiq necə vurduğu hələ də aydın deyil. Məsələn, Tehran bunun İranın özündən buraxılan pilotsuz təyyarələr tərəfindən vurulduğunu deyir.

Amma bir sıra Qərb rəsmiləri əmindirlər ki, bu, İsrail və ya İrandan deyil, döyüş təyyarəsindən atılan raketdir.

Nazlı