Almaniyada avtobus yoldan çıxaraq aşıb

21 Aprel 2024 23:07 (UTC+04:00)

Almaniyada naməlum səbəbdən ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qəza nəticəsində 14-15 yaşlı azı 27 məktəbli xəsarət alıb.

Hadisə Almaniyanın qərbindəki Zauerland bölgəsində A45 avtomobil yolunda baş verib.

Avtobusda orta məktəb şagirdləri və müəllimləri var idi. Onlar Böyük Britaniyaya gedirmişlər.