Oğuzda yol qəzası olub, xəsarət alan var

21 Aprel 2024 22:04 (UTC+04:00)

Oğuzda yol-nəqliyyat hadisəsi olub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz kəndində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər xəsarət alıb.

Hazırda Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.