Yol nişanları hələ ki, silinməyəcək..?

21 Aprel 2024 21:38 (UTC+04:00)

Rusiya Federasiyası ilə sərhəddə keçid məntəqələrinin bağlanmasına baxmayaraq, Finlandiya hakimiyyəti Sankt-Peterburqdan bəhs edən yol nişanlarını magistral yollardan yığışdırmamaq qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə STT Finlandiyanın Nəqliyyat Departamentinə istinadən yazır. ...Qeyd edək ki, onlar sərhədin yaxın vaxtlarda açılacağına elə də inanmırlar.

Bununla belə, Finlandiya rəsmiləri “sizin maşınla istənilən yerə gedə biləcəyiniz barədə yanlış təəssürat yaratsalar da” hələ ki, nişanları silməyəcəklər.

Xatırladaq ki, Finlandiya hakimiyyəti əvvəllər Rusiya ilə sərhəddə buraxılış məntəqələrini açmaqdan imtina edərək, qadağanı aprelin 15-dən növbəti xəbərdarlığa qədər uzadıb.

Nazlı