Parisdə “irqçilik və islamofobiyaya qarşı” nümayiş keçirilir

21 Aprel 2024 20:25 (UTC+04:00)

Yaxın Şərqdə gərginliyin hökm sürdüyü bir vaxtda Parisdə “irqçilik və islamofobiyaya qarşı” və polis zorakılığına qarşı nümayiş keçirilir.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb.

Şəhər prefekturasının qadağan etməyə çalışdığı aksiyada bir neçə min insan iştirak edir.