Türkiyə hərbi heyəti Yunanıstanın briqada komandanlığında oldu

21 Aprel 2024 20:18 (UTC+04:00)

Türkiyə Quru Qoşunları Komandanlığı (KKK) 4-cü mexanikləşdirilmiş piyada briqada komandiri, general Erhan Akgül və hərbi heyəti Yunanıstanın 31-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına gedib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə ilə Yunanıstan arasında etimadın möhkəmləndirilməsi tədbirləri çərçivəsində 18 və 19 aprel tarixlərində Yunanıstanın Ferecik rayonundakı 31-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında briqada generalı E.Akgül və heyətini Türkiyənin Yunanıstandakı hərbi attaşesi, artilleriya polkovniki Əli Aktemur müşayiət edib.