Sabah güclü külək meteohəssas insanlarda narahatlıq yarada bilər

21 Aprel 2024 15:18 (UTC+04:00)

Aprelin 22-də güclü külək meteohəssas insanlarda narahatlıq yarada bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, Abşeron yarımadasında gündüz saatlarında qısamüddətə xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.