ABŞ “TikTok”u qadağan etməyə hazırlaşır

21 Aprel 2024 04:52 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də “TikTok” sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. SİA xəbər verir ki, konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib.

Növbəti həftə Senatın “TikTok”un qadağası ilə bağlı hazırlanan qanun layihəsinə baxacağı bildirilir.