Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

21 Aprel 2024 07:56 (UTC+04:00)

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1993-cü il təvəllüdlü S.Həsənov və 1999-cu il təvəllüdlü S.Əliyev xəsarət alıb.

Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.