Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

20 Aprel 2024 21:26 (UTC+04:00)

“İki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayırıq”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq.