TDT-nin əsas məqsədi əlaqələrin inkişaf etdirilməsidir

20 Aprel 2024 15:53 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) əsas məqsədi üzv ölkələr arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməlisidir. SİA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı “X”də yazıb.

O bildirib ki, buna uyğun olaraq əlaqələr hər ötən gün daha da gücləndirilir: “Möhkəm körpülər inşa edirik”.

Səfir xatırladıb ki, bu gün Bakıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan 1000-ə yaxın kardioloqun iştirakı ilə konqres təşkil olunub.