Azərbaycan IEA ilə yol xəritəsinin hazırlanmasını müzakirə edib

20 Aprel 2024 10:22 (UTC+04:00)

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib. SİA xəbər verri ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"IEA-in icraçı direktorunun müavini Meri Burs Uorlik ilə “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi”nin hazırlanması, enerji sahəsində ikitərəfli və COP29 formatında əməkdaşlığa dair səmərəli görüşümüz oldu", - nazir qeyd edib.