Qərbin Ukraynaya qoşun yeritməsinə bir addım qalıb...

20 Aprel 2024 00:23 (UTC+04:00)

...Macarıstanın baş naziri Viktor Orban cümə günü, aprelin 19-da Qərb ölkələrinin Ukraynaya qoşun göndərmələrinin bir addımlığında olduqlarını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Magyar Nemze” nəşri yazıb.

...Onun sözlərinə görə, Avropada “müharibə hissləri və müharibə məntiqi” üstünlük təşkil edir. “

...Mən hər yerdə, hamı tərəfindən müharibəyə hazırlıq görürəm. NATO-nun baş katibi Ukraynada NATO missiyası yaratmaq istəyir və Avropa liderləri artıq müharibəyə qarışıblar.

Orban bildirib bunu.

O əlavə edib ki, Avropa ölkələri Rusiyanın Ukraynaya təcavüzünü öz müharibələri hesab edirlər.

...Bu gün biz Qərbin Ukraynaya qoşun göndərməsindən sadəcə olaraq bir addım uzaqdayıq. Bu, Avropanı uçuruma sürükləyə biləcək hərbi burulğandır.

Bunu da Orban bildirib.

Ağasəf Babayev