27 yaşlı kişi bıçaqlanıb

19 Aprel 2024 23:07 (UTC+04:00)

Şəmkirdə bıçaqlanma baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Elmar İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.